Səudiyyə Ərəbistanı superliqasında 23-cü turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Kriştiano Ronaldonun komandası "Əl-Nəsr" səfərdə "Əl-Feiha" ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Xal itkisi səbəbindən "Əl-Nəsr"lə (53 xal) lider "Əl-İttihad" (56 xal) arasında xal fərqi 3-ə yüksəlib.
Qeyd edək ki, oyundan sonra "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo çox əsəbi görünüb. O, rəqib komandanın futbolçusuna sərt sözlər deyib və ondan ağzını yummasını istəyib.
Həmin epizodun da yer aldığı videonu təqdim edirik: