SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev aprelin 10- da ənənəvi vətəndaş qəbulunu Lənkəran şəhərində keçirib. Qəbulda Lənkəran, Astara, Masallı, Cəlilabad və Lerik sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib.
Baş direktor onlarca vətəndaşı qəbul edərək onların qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini, eyni zamanda, iradlarını dinləyib. Qəbul zamanı Ruslan Əliyev həlli mümkün olan məsələlərin icrasına dair dərhal göstərişlər verib. Həmçinin araşdırılması lazım olan vətəndaş müraciətləri isə şəxsən nəzarətə götürülüb.
Bu, bir reallıqdır ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişləri əsasında dövlət qurumlarının rəhbərlərinin bu kimi vətəndaş qəbullarının davamlı şəkildə keçirmələri ölkə vətəndaşlarının rifah halını yüksəltməyə, onların daha rahat yaşamalarına ciddi şəkildə yardım edir.
Elçin Zaman, "İki sahil"