Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.
İki sahil “TRT Haber”ə istinadən xəbər verir ki, avtomobili Özbəkistan Prezidentinə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.
Xatırladaq ki, “Togg” bundan öncə Türkiyə və Azərbaycan prezidentlərinə təqdim edilib.