Ağsu RQİİ-nin bir sıra xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə görüş keçirilib.
SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyevin iştirakı ilə keçirilən görüşlər ardıcıl olaraq Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində baş tutub.
C. Şıxəliyev nəzarətçi-çilingərləri narahat edən problemləri, həmçinin tələb və təklifləri dinlədikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verib.
Daha sonra hər bir xidmət sahəsindən 2 əməkdaş olmaqla ümumilikdə 6 nəfər nümunəvi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Sonda baş direktorun təşəkkür və tapşırıqlarını nəzarətçi-çilingərlərə çatdıran C.Şıxəliyev onlara işlərində uğurlar arzulayıb.
Elçin Zaman, "İki sahil"