14 aprel 2023 16:25
962

Şagirdlər üçün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna tur təşkil olunub - FOTO

"Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan tədbirlərin davamı olaraq, aprelin 13-də 23 nömrəli tam orta məktəbin şagirdləri üçün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna tur təşkil olunub.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il martın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrin təşkilinə start verilib.

Məlumat üçün bildirək ki, aprelin 11-də “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan tədbirlərin davamı olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR nümayəndələrinin də iştirakı ilə tələbələr üçün mühazirə də təşkil olunub.

Orxan Vahidoğlu, "İki sahil"