14 aprel 2023 22:38
1066

Ermənistandan növbəti vandallıq: İrəvanda Avropa Çempionatı zamanı Azərbaycan bayrağı yandırılıb/VİDEO

İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

“İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycan millisi iştirak etməyib.

Səhnəyə çıxanlardan bir nəfər bayrağı yandırmağa cəhd edib. Lakin yanan bayraq tezliklə səhnədən yığışdılaraq yenisi ilə əvəz olunub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.

Apasport.az saytının məlumatına görə, ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.