16 aprel 2023 17:52
678

“Açıq mikrofon” Lerikdə keçiriləcək

"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası Lerik rayonunda keçiriləcək.

“İki sahil” xəbər verir ki, aksiya 18 aprel saat 12:00-dan 13:00-dək Lerik rayonunun Zövnə kəndində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.