"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, Nurgül sonuncu açıqlamasında "Erkan çəkiliş meydançasında ağalıq edir" demişdi.
Bütün bunlardan sonra serialı çəkən "Endemol Shine" şirkəti açıqlama vermək məcburiyyətində qalıb. Açıqlamada deyilir:
"Nurgül Yeşilçayın mediadakı açıqlamalarını kədərlənərək oxuyuruq. Hər iki sənətçi serialımızın reytinq qazanmasında böyük rol oynayıblar. Serial zamanı Erkan və Nurgül arasında yaşanan və təəssüf ki, mediaya sızan mübahisədən sonra Nurgüllə danışıb, müqaviləni artırmamağa qərar verdik. Nə qədər çətin olsa da, iki dəyərli sənətçimiz arasında yaşananlara kimin haqlı və ya haqsız olması baxımından deyil, bütün yaradıcı heytin əməyi və qazancı baxımından yanaşdıq.
Ancaq N.Yeşilçay açıqlamalarında mövzunu ölkənin həssas yanaşdığı qadın hüquqlarına, bir kişinin ağalığına, analığa bağlayaraq bizi kədərləndirib. Ona görə də, Yeşilçayın həqiqəti əks etdirməyən bu açıqlamalarına reaksiya vermədən qalmayacaq, hüquqlarımızı qanuni çərçivədə müdafiə edəcəyimizi bildiririk".
Yaxın günlərdə şirkətlə aktrisa arasında məhkəmənin başlayacağı gözlənilir.