18 aprel 2023 22:12
841

Bakı Fransız Liseyinin şagirdləri üçün “SOCAR Tower”də tədbir təşkil olunub - FOTO

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan tədbirlərin davamı olaraq, aprelin 17-də Bakı Fransız Liseyinin (BFL) şagirdləri üçün “SOCAR Tower”də tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda qeyd edilir ki, ilk öncə məktəblilər Ulu Öndərin 100 illik yubileyinə həsr olunan sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar. Daha sonra UFAZ-ın direktoru Vazeh Əskərov Ulu Öndərin yeni neft strategiyası haqqında mühazirə ilə, BFL şagirdləri isə təqdimatla çıxış ediblər.