Uğurlu fəaliyyəti və dövlət əhəmiyyətli sosial layihələrdə fəal iştirakıyla tanınan peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı daima yad edir.
“İki sahil” xəbər verir ki, "Security Operation Services" MMC bu dəfə müqəddəs Ramazan ayında şəhidlərimizin anaları ilə iftar süfrəsi arxasında görüş keçirib.
Şəhidlərimizn xatirəsi yad edilib, onların həyat yolunun hər bir vətəndaş üçün nümunə olduğu qeyd edilib.