İqtisadi Məlumatlar Birliyi dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb.
ATV.az-ın məlumatına görə, aylardır davam edən araşdırmalar nəticəsində bəlli olub ki, insanların ən çox xərcə düşdüyü yer Sinqapurun eyni adlı paytaxtıdır. Qiymətlərin od tutub yandığı Sinqapur dünyanın bütün şəhərlərini öz bahalığı ilə geridə qoyub.
Sinqapurdan sonra ən bahalı ikinci şəhər İsveçrənin Sürix şəhəri, 3-cü isə Honq-Konqdur. İlk beşliyi Cenevrə və Paris tamamlayır. Bir vaxtlar dünyanın ən bahalı şəhəri olan Nyu York isə son siyahıda 7-ci pilləyə düşüb. Şəhərlərin bahaçıllıq dərəcəsi hesablanarkən burda sadəcə vətəndaşların gündəlik xərci, qida məhsullarının qiyməti və kommunal ödənişlər nəzərdə tutulur.