Rusiyanın Moskva şəhəri və ətraf ərazilərdə gecə saatlarında sakinlər Qütb parıltısını müşahidə ediblər.
Bu əsrarəngiz təbiət hadisəsinin görüntüləri “NEWS.ru” “Telegram” kanalında yayımlanıb.
Parıltı həmçinin Sankt-Peterburq şəhəri üzərində səmada da qeydə alınıb.
Qeyd edək ki, Qütb parıltısının meydana gəlməsinin səbəbi kosmosa atılan külli miqdarda Günəş zərrəciklərinin Yerin maqnit sahəsinə daxil olmasıdır.
Oxu.Az
Finlandiya Rusiya ilə sərhədin bağlanması müddətini 2028-ci ilin sonunadək uzadıb