11 fevral 2016 16:02
314

Bir günə 1 milyon dollarlıq alış-veriş etdi

Dünyanın ən məşhur boksçularından biri, peşəkar karyerasını məğlubiyyətsiz başa vurmuş amerikalı Floyd Meyvezer dünən Londonda alış-verişdə olub.

9 cangüdəninin müşayiəti ilə butikləri dolaşan "Money" ləqəbli boksçu Londonun mərkəzindəki Mayfair səmtində, Maunt Stritdə 1 milyon dollar məbləğində alış-veriş edib.

O, alış-veriş zamanı çəkilən fotoları Twitter-dəki profilində paylaşıb.

Fotolardan birində 38 yaşlı Meyvezerin sol biləyindəki qol saatı diqqəti cəlb edib. Bu saatın qiyməti 870 min dollardır.