30 aprel 2023 00:37
1064

Leyla Əliyeva “Formula-1” in axşam şousundan görüntülər paylaşıb - FOTO/VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin axşam şousundan “Instagram” profilində görüntülər paylaşıb.

“İki sahil” xəbər verir ki, Şouda dronların iştirakı ilə Heydər Əliyev Mərkəzinin, Qız qalasının, Azərbaycan xəritəsinin, Xarı Bülbülün görüntüləri əks olunub.

Həmin görüntüləri təqdim edirik: