02 may 2023 20:22
510

Fransada səs verməyə gedən türklərə PKK-çılar hücum etdi - VİDEO

Fransada səs verməyə gedən Türkiyə vətəndaşları PKK tərəfdarlarının hücumuna məruz qalıb.

“İki sahil”  Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Fransanın Strasburq və Marsel şəhərlərində baş verib.

Strasburqda səs verməyə gedən 4 türk gənc yola çıxdıqdan sonra Ərdoğanın seçki mahnısını ifa etməyə başlayıb. Bunu eşidən qrup əllərində çəkiclə onların avtomobilinə hücum edib. Hücum edən 3 nəfər polis tərəfindən saxlanılıb.

Hücum nəticəsində bəzi türk seçicilər yaralanıb.