Rusiyada bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib.
“Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, - deyə hadisə şahidi bildirib.
Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.
Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.
Oxu.Az
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq