Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub