Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu, Britaniya tarixində 70 il sonra ilk dəfə keçirilən tacqoyma mərasimidir.
“Westminster Abbey”də keçirilən mərasimdə təxminən 2000-dən çox qonaq iştirak edib. Mərasimdən sonra Kral və Kraliça qızılı “Kral Arabası ilə Bakinqam Sarayına geri dönüb.
Daha sonra onlar kral ailəsinin digər üzvləri ilə Bakinqam Sarayının eyvanında xalqı salamlayıblar, hərbi uçuşu müşahidə ediblər.
Qeyd edək ki, mərhum Kraliça Elizavetanın tacqoyma mərasimi 1953-cü ilin iyun ayında keçirilmişdi.
***
Bu gün Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, mərasimə 200-dən çox ölkədən iki mindən çox qonaq dəvət olunub.
Təntənəli kortej Bukinqem sarayından Vestminster abbatlığına keçəcək, daha sonra kral və həyat yoldaşı saraya qayıdacaqlar.
Qeyd edək ki, Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub - həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.