06 may 2023 21:19
632

Bakı-Ələt yolunda qəza baş verib

Bu gün axşam saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, qəza nəticəsində "Changan" markalı minik avtomobili ilə "Hyundai" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili aşıb.

Qəzada iki nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb edilib. Yolda sıxlığın yaranmaması üçün avtomobillər ərazidən uzaqlaşdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.