07 may 2023 00:42
594

Rusiyada karusel çökdü: Yaralılar var - VİDEO

Rusiyanın Orenburq şəhərində karuselin qırılması nəticəsində 20 nəfərə yaxın insan xəsarət alıb.

Məlumatı şəhərin fövqəladə hallar xidmətindən də təsdiq ediblər.

Qeyd olunur ki, xəsarət alanların əksəriyyəti uşaqlardır.

Karuselin parkda yeni quraşdırıldığı və əvvəllər oxşar hadisənin yaşanmadığı bildirilir.

Oxu.Az