Ulu Öndər Heydər Əliyevin 100 illiyi və milli teatrının 150 illiyi ilə əlaqədar Talış kəndində konsert-tamaşa nümayiş olunub.
“İki sahil” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdəki hesabında yazıb.
“Ulu Öndər Heydər Əliyevin 100 illiyi və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən Talış kəndində sakinlərə konsert-tamaşa nümayiş olunmuşdur”, - E.Hüseynov yazıb.
O, paylaşımına #Qarabağ #HeydərƏliyev #100il” həştəqini də əlavə edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?