11 may 2023 10:46
631

"Azəriqaz"ın daha bir uğuru

 22 min müəssisə və təşkilatın iştirak etdiyi respublika müsabiqəsində Zaqatala RQİİ ilin ən yaxşısı seçilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz  əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə 2022-ci ildə keçirilən respublika müsabiqəsinin nəticələrini açıqlayıb. Qeyd edilən nominasiya üzrə SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsi (RQİİ) birinci yerə layiq görülüb.

 Qed edək ki, AHİK-in təşkil etdiyi nominasiya üzrə müsabiqədə 22 min müəssisə və təşkilat iştirak edib.

E. Zaman, "İki sahil"