Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Samsun millət vəkili, AK partiyanın sədr müavini Çiğdem Karaaslanla görüşüb.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, görüş Samsun muzeyində baş tutub.
Görüşdən əvvəl nümayəndə heyəti muzeyi gəziblər və Samsun şəhərinin tarixi ilə bağlı məlumatlandırılıblar.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova görüş zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Hicran Hüseynova qarşıdan gələn seçkilərdə Türkiyə xalqına uğurlar arzu edib və ümid edib ki, xalq seçimini doğrudan yana edəcək.
Çiğdem Karaaslan çıxışında Azərbaycan nümayəndə heyətini Samsunda görməkdən məmnun olduğunu qeyd edib.
Millət vəkili ölkələrimiz arasında qardaşlıq münasibətlərindən geniş danışıb və bu münasibətlərin əbədi olduğunu deyib.
Sonra ümümi məsələlərlə bağlı fikir mübadiləsi edilib.
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib