11 may 2023 15:14
615

Milanın mərkəzində güclü partlayış baş verib - VİDEO

Milanın mərkəzində güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, məlumatı “La Republika” nəşri yayıb.

İlkin məlumata görə, partlayış qaz silindirləri daşıyan avtomobildə baş verib. Hadisə nəticəsində digər 5 avtomobilə və 4 mopedə ziyan dəydiyi, ərazidə yanğın baş verdiyi bildirilib. Əraziyə polis və yanğınsöndürənlər cəlb olunub.

Partlayış səbəbi ilə yaxınlıqdakı məktəb və qocalar evi təxliyə edilib.