14 may 2023 14:45
443

Gəncə-Şəmkir avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.