Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK terror təşkilatına qarşı əməliyyatlarını davam edir.
"İki sahil"in “Habertürk”ə istinadən xəbərinə görə, MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla PKK-nın maliyyə koordinatoru Tuba Karakoç zərərsizləşdirilib.
Qeyd edək ki, Tuba Karakoç 2013-cü ildə PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib. Türkiyə tərəfindən axtarışda olan Tuba Karakoçun terror təşkilatının maliyyə işləri ilə bağlı tez-tez İraqa getməsi də müəyyən edilib. Bu səbəbdən onunla bağlı əməliyyat planı hazırlanıb.
"Amazon", "Tesla" və "Nokia"nın təchizatçılarının arasında sanksiya siyahısındakı şirkətlər ola bilər
Rusiya qazının Monqolustan ərazisindən Çinə ixracı yeni strateji imkanlar açır