17 may 2023 16:48
456

Xınalıqda qar yağıb - VİDEO

Bu gün Qudyalçay Xınalıq (Quba) məntəqəsində qarın yağması müşahidə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, hazırda sulu qarın yağması davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 16:00-a olan məlumatına əsasən Şabran, Quba, Altıağac, Xaltan, Göygöl, Daşkəsəndə şimşək çaxıb, arabir yağış, Xınalıqda sulu qar yağıb. Bakıda və Abşeron yarımadasında da arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Altıağacda 21 m/s, Neftçalada 20 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.