17 may 2023 19:57
501

Paşinyanın oğlunun oğurlanması cəhdinin - VİDEOSU

Ermənistanın Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması cəhdinin görüntüsü yayılıb.

“İki sahil”  xarici KİV-ə istinadla xəbər verir ki, videodan Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür.

Qeyd edək ki, Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Hadisə bu gün saat 15:00 radələrində Paşinyanın evinin qarşısında qeydə alınıb. Ermənistan İstintaq Komitəsi Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhdlə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.