19 may 2023 14:57
733

Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti altında qanunsuz daşımaları davam etdirir

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

“İki sahil” xəbər verir ki,  təqdim olunan videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlılarının zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.