23 may 2023 15:00
366

FHN: Naxçıvanda su basan ərazilərdə tədbirlər görülür - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhəri və Babək rayonunda bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası FHN-nin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.