24 may 2023 15:11
428

Rəis öz iş yerindədir! - Anna Netrebko

Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko həyat yoldaşı – Azərbaycanın Xalq artisti Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunması ilə bağlı instaqram hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, Netrebko paylaşımında yazıb:

“Rəis öz iş yerindədir! Belə bir teatrı idarə etmək böyük məsuliyyətdir! Bilirəm ki, bacaracaqsan. Sənin inanılmaz enerjin, iradən, dürüstlüyün və ən əsası - ölkən üçün vacib bir iş görmək istəyin... Tezliklə burada sənət məbədi olacaq”.

Xatırladaq ki, aprelin 7-də Y. Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A. Netrebko da hazırda Bakıdadır və 719 minə yaxın instaqram izləyicisini Azərbaycanın paxtaxtı və mədəniyyəti ilə tanış edir.