25 may 2023 09:41
522

İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək

İçərişəhərdə V Milli Kitab Sərgisi 27 may–4 iyun 2023-cü il tarixlərində keçiriləcək

“İki sahil” xəbər verir ki, kitabsevənləri Azərbaycan, Türk, İngilis, Rus dillərində 70.000-dən çox kitablara 70 %-dək endirimlər gözləyir. Sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.

Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında baş tutacaq.