14 mart 2016 21:06
373

“Günəşli”dəki 10 nömrəli özül nə vaxt öncəki vəziyyətinə qaytarılacaq?

“Günəşli”dəki 10 nömrəli özül ilin sonunadək yanğından öncəki vəziyyətinə qaytarılacaq

SOCAR-ın “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə təmir işləri davam etdirilir. Artıq özüldə iki kran quraşdırılıb və söküntü işləri aparılır.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində məlumat verib. R.Abdullayev qeyd edib ki, quruda isə özülün yanmış modulları yeniləri ilə əvəz olunur. Bu ilin sonuna kimi platforma yanğından öncəki vəziyyətinə qaytarılacaq və buradakı quyularda yenidən hasilata başlanılacaq.

Xatırladaq ki, keçən il dekabrın 4-də güclü qasırğa zamanı “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza nəticəsində quyular yanmağa başlamışdı. Yanan quyular fevralın 10-da tamamilə söndürülmüşdü.