26 may 2023 10:27
263

“Çelsi” “Sportinq”in yarımmüdafiəçisinə 65 milyon avro ödəyəcək

“Çelsi” yayda heyəti gücləndirməyi hədəfləyir.

“İki sahil” xəbər verir ki, ingilislər “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarteyə elçi düşüb.

London klubu 22 yaşlı uruqvaylının keçidi üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb.

Futbolçu ilə 6 illik müqavilə imzalamağı planlaşdıran “zadəganlar” qarşı tərəfə 65 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2021-ci ildən “Sportinq”in şərəfini qoruyan Uqarte bu mövsüm 47 oyunda 1 məhsuldar ötürmə edib.