26 may 2023 11:03
269

"Barselona" və "Beşiktaş"ın sabiq futbolçusu saxlanıldı

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Duqlas Pereyra Dos Santos Braziliyada saxlanılıb.

“İki sahil” "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, hazırda klubsuz olan 33 yaşlı müdafiəçi ictimai yerdə atəş açdığı üçün tutulub.

O, gecə saatlarında Braziliya şəhərindəki dayanacaqlardan birində havaya atəş açıb. Oyunçu daha sonra həmin silahı meşədə gizlədib. Santos məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, "Barselona" forması ilə cəmi üç matça çıxan Duqlas Pereyra Dos Santos 2019 - 2022-ci illərdə Türkiyədə "Beşiktaş"ın uğurları üçün çalışıb.