26 may 2023 11:22
147

Rusiya Milli Qvardiyasının üç hərbçisi Ukrayna əsirliyindən azad edilib

Rusiya Milli Qvardiyasının üç hərbçisi Ukrayna əsirliyindən azad edilib.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə Qvardiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hərbçiləri aparan təyyarə Moskvaya çatıb.

Həmçinin əlavə olunub ki, əsirlikdən qayıdanların hər üçü Rusiya Milli Qvardiyasının sıralarında xidmətini davam etdirmək arzusunu bildirib.