26 may 2023 11:43
262

Fuad Nəcəfli: Naxçıvan azad iqtisadi zonaya çevrilir

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

“İki sahil” xəbər verir ki, bunu bu gün Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O, qeyd edib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artırır: "Bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq".

"Əlbəttə Türkiyə ilə yeganə quru yolu naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır",- deyə F.Nəcəfli əlavə edib.