26 may 2023 12:06
262

Millinin yoldaşlıq oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir oyununun vaxtı müəyyənləşib.

“İki sahil”in məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamızın Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama saatı dəqiqləşib. İyunun 20-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Matç “Dalğa Arena”da baş tutacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.