26 may 2023 16:47
936

Bakı Şəhər Narkoloji Dispanseri ilə bağlı yayılan videogörüntü araşdırılır - Baş Prokurorluq/VİDEO

Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.