27 may 2023 10:35
448

Permdən Bakıya uçuşlar başlayır

Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya birbaşa uçuşlara start verir.

“İki sahil” xəbər verir ki, uçuşlar mayın 30-dan başlayacaq. 100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə - çərşənbə axşamı Permdən Bakıya uçacaq. "Bolşoye Savino" hava limanının cədvəlinə uyğun olaraq, Permdən Bakıya uçuş proqramı oktyabrın 24-dək nəzərdə tutulub.