Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Duqlas Pereyra Dos Santos ölkəsi Braziliyada həbs olunub.
“İki sahil” “Globo Esporte”yə istinadən xəbər verir ki, buna səbəb onun avtomobil parkında havaya atəş açması olub. 32 yaşlı braziliyalı silahdan qanunsuz istifadə etdiyi üçün cəzalandırılıb. 33 yaşlı müdafiəçinin qayıqla gəzintidən sonra atəş açdığı silah anasının adınadır. Futbolçu silahı meşədə gizlətdiyini etiraf edib.
Qeyd edək ki, Duqlas son klubu olan “Beşiktaş”ı 2022-ci ilin yayında tərk edib. Braziliyalı 2014-2019-cu illərdə İspaniya təmsilçisi “Barselona”da çıxış edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq