Türkiyə Yüksək Seçim Qurumunun (YSQ) sədri Ahmet Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, YSQ-nun sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.
Ahmet Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.