29 may 2023 13:23
375

Tokayev: Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına ehtiyac yoxdur

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin Avrasiya İqtisadi İttifaqına daxil olmaq təklifini şərh edib.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, o qeyd edib ki, Qazaxıstanın İttifaqa qoşulmasına ehtiyac yoxdur.

"Lukaşenko Qazaxıstana İttifaqa daxil olmağı təklif edib. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki Avrasiya İqtisadi İttifaqından əlavə, digər birliklər var" – deyə Tokayev qeyd edib.