29 may 2023 13:41
431

Qaribaşvili Slovakiyaya səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Slovakiyaya səfərə gedəcək.

“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, Baş nazir mayın 29-31-də Bratislavada keçiriləcək Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) iştirak edəcək.

Qaribaşvilinin forum çərçivəsində keçiriləcək tematik müzakirələrdə iştirak edəcəyi qeyd edilib.