29 may 2023 13:52
464

Azərbaycanda gəmi ilə daşınan sərnişinlərin sayı yarıdan çox artıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 52,3 faiz artaraq 6,7 min nəfər olub.

Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2615,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,4 faiz artıb.

Yüklərin 57,3 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3757,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3066,6 min tonunu və ya 81,6 faizini tranzit yüklər təşkil edib. 2023-cü il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 124,1 min ton olub.