29 may 2023 14:31
474

İspaniyada növbədənkənar seçkilər keçiriləcək

İspaniyada növbədənkənar seçkilər keçiriləcək.

"İki sahil" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez televiziyada müraciətində bildirib.

Baş nazirin sözlərinə görə, o, parlamenti buraxacaq və iyulun 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçiriləcək.

"Dünənki seçkilərin nəticələrinə baxarkən belə bir qərar verdim", - deyə Sançez televiziya ilə xalqa müraciətində bildirib. Sançezin İspaniya Sosialist İşçi Partiyası (PSOE) və onun müttəfiqi "Podemos" mayın 28-də keçirilən regional seçkilərdə mövqelərini itiriblər, rəqib partiyalar mühafizəkar Xalq Partiyası və ifrat sağçı Vox partiyası seçkidə üstünlük qazanıb.

"Dünənki seçkilərin yerli və regional miqyasda olmasına baxmayaraq, səsvermənin mənası bundan kənara çıxan bir mesaj verir. Ona görə də həm Baş nazir, həm də PSOE-nin sədri kimi mən nəticələri şəxsi hesab edirəm", Pedro Sançez əlavə edib.