29 may 2023 15:23
449

Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edəcək

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edəcək.

“İki sahil” xəbər verir ki, Milli Məclisin 30 may tarixində keçiriləcək plenar iclasının gündəliyinə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi daxil edilib.

Sənədə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarıdır.