31 may 2023 16:49
249

“Azəralüminium”un qeyri-neft məhsullarının ixracı 40% azalıb

2023-cü ilin yanvar-aprel ayları ərzində “Azəralüminium” MMC 45.4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 36.9% və ya 26.6 milyon dollar azdır. 2022-ci ilin ilk 4 ayı ərzində “Azəralüminium” MMC 72 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.