Ayağındakı corabları raketlə çıxardı.
ATV xəbər bildirir ki, Böyük Britaniyalı Kolin Förs yenə öz çılğın ixtirası ilə insanların diqqətini cəlb edib. Bu dəfə kustar üsulla raket hazırlayan ixtiraçı, corablarını məhz raket atəşi ilə soyunub.
Corabların bir ucunu kəndirlə qumbaraatanın içindəki mərmiyə bağlayan Kolininin tətiyi çəkməklə corabların ayağından çıxması bir olub. 32 yaşlı britaniyalı missiyanın uğurla tamamlanmasını sevinclə qarşılayıb.
Qeyd edək ki, asudə vaxtlarını Stemforddakı evinin emalatxanasında keçirən Kolin burada heç kimin ağlına gəlməyən layihələr gerçəkləşdirir. Bundan əvvəl qollarından alov çıxaran, maqnitlə tavanda yeriyən ixtiraçı lentə aldığı əyləncəli kadrlarla sosial şəbəkələrin ən məşhur simalarından birinə çevirilib.