31 may 2023 22:10
275

Ucarda güclü küləyin qopardığı dam örtüyü bir nəfərə xəsarət yetirib

Ucarda yağışla müşahidə olunan güclü külək evin dam örtüyünü qoparıb.

“İki sahil” xəbər verir ki,  hadisə nəticəsində rayon sakini, 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov xəsarət alıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Bundan başqa rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın üzərinə aşıb. Nəticədə o, yüngül xəsarət alıb.

Zərərçəkənin dediyinə görə, ona ümumilikdə 12 000 manat ziyan dəyib. (APA)